23.1.13


ŞAİRƏ XATİRƏ RZAYEVA
~~~~~~~~~~~~~~~~~
SƏN OLAN YER .
~~~~~~~~~~~
Deyil, o günəş ki, gülümsər deyil,
Günəşin gözündə sənin xəyalın,
Bu dəli ruzigar o rüzgar deyil,
Mən idim, başaçıq, ayağıyalın..

Bir daş əriyirdi, bir an içində,
Ürəyim o daşın özü deyilmi ?
Dünya alovluysa, duman içində,
Sənə aşiq gözüm, dəli deyilmi ?

Nə zamandan əsər, bir əlamət yox,
Gördüyün o zaman, o bir dağ idi,
Gözün bərabəri, mənə aman yox,
Bülbülün gül eşqi, o bir bağ idi .

Gündüzü, gecəni, o bahar bilir,
Yağışın damlasın, bir xəzan bilir .
Gizlənən qəlbinin yerini bir mən,
Mən deyiləmsə, bəs, başqa kim bilir ?

Bəlkə, bir pərdə də çəkim bu yerə ?
İzninlə baş qoyam səninçün yerə.
Bu boyda dünyanı gətirməliyəm ?
Sevgi özü gəlib, sən olan yerə !
~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий