24.1.13


  Şairə Xatirə Rzayeva 
~~~~~~~~~~~~`
Uzaqmı, yaxınmı ?
~~~~~~~~~~
Yenə axşammıdır, səhər bilmirəm ?
Ömür dolanan yer, qəlb dolanan yer,
Həyatı gözümlə görə bilmirəm,
Getdiyim, gəldiyim, tək sən olan yer.

Zəif od, alovu, günəş şam kimi,
Bircə baxışların, bir roman kimi,
Hərarət sənindir, yandırdı dünyam,
Közərən eşq idi, o hicran kimi.

Sübhün əlaməti bir gözü nəmdir,
Sönməzsə, o bir şam, pərvanədəndir,
Can verən, alan da, Allahdır, Allah,
Qəlbin gizlənən yer, əfsanədəndir.

Aşikar ruhumu sezdin, nə sezdin,
Oxşayır üzünü, niyə bilməzdin ?
Buz kimi əlimi, tut, tutacaqsan,
Daşın əridiyin hələ görməzdin.

Bir az düşünsəydin,həyat budur, bu,
Keçərli ömür, gün, yalnız budur, bu.
Aləmi dolanıb, gələn mənəm, mən,
Yaxınmı, uzaqmı, sevgi budur, bu !...

Комментариев нет:

Отправить комментарий