Talehdə nə varsa .
~~~~~~~~~~~~~
Bir insan izi var, sahil nə gözəl,
Yoxmu ki, dənizin başqa bir işi ?
Bu dəli həvəsdə həyatmı gözəl,
Yox, bütün hər nə var, o könül işi.
Dağları dağlara qatdı, günəş də,
Səhərin göz yaşı fələk əlində,
Buludlu göylərdə yatdı, külək də,
Sətir - sətir yazım sənin əlində.
İlahi hikməti, yazan yazır hey,
Necə diz çökmüşdü, ömür bu günə,
Şam sübhə davamlı, yanır, yanır hey,
Gözün kölgə etdi, gözüm önünə.
Budur, yenə yolum üstündə sənsən,
Ağlar içində sən, üzə gülənsən,
Hər yerə döndüm də, hər yerə baxdım,
Göydə də, yerdə də məni görənsən.
Yenə sevda əlin uzatdın mənə,
Od yaxılmış gözün dəyir üzümə,
Nə dərdi - sərim var, burda unutdum,
Talehdə nə varsa, gəlmiş izinə !
~~~~~~~~~~~~~~~~~~~~~~~
Комментариев нет:
Отправить комментарий