~*~*~*~*~*~*~*~*~*~*~*~*
Sevgiyə baş əydi !
Nə yandı suların üzündə şəfəq ,
Şam kimi əridi , daş da , bu gecə .
Qəm - kədər , iztirab çəkdikcə ürək ,
Ağladı göy səma , ay da bu gecə .
Süzdü göz yaşını leysan, bir külək ,
Əsdikcə , əsdi hey , çəmən - gül - çiçək ,
Şimşəkmi dolanır göylərdən titrək ,
Sirrini hər kəsdən gizlər bu gecə .
Bir sənin dərdini bilən bir mənəm ,
Dəli bir həsrəti çəkdim içimdən ,
Şəfəqlə gülümsər , ay üzü hicran ,
Daşmıdır qapısı , zindan bu gecə ? .
Gizli bir nəfəsi çəkdikcə , çəkdin ,
Nə böyük ziyafət ,qurmuş bu gecə .
Gülərkən dilucu sözündə məndim ,
Sevgiyə baş əydi , həyat bu gecə .
~*~*~*~*~*~*~*~*~*~*~*~*
Комментариев нет:
Отправить комментарий