24.1.13


   ŞAİRƏ XATİRƏ RZAYEVA .
~~~~~~~~~~~~~~~~
BİR BAHAR KİMİ !
~~~~~~~~~~~~
Çökdü duman üzərimə qapqara,
Aləm dəyəcək elə bil, bu saət,
Kölgə çırpır özün daşa, divara,
Sevgimi bu boyda canlı həqiqət ?

Şam kimi əridi axşamın özü,
Fərq etməz gecəni, gündüzü o an,
Məhəbbət vaqedir bu yerdə özü,
Həyat dayanmışdı az qala bir an .

Günəşi sirayət edən nə idi ?
Onun şəfəqləri zillənib sənə,
Bu bir eşq səhnəsi yoxsa, nə idi ?
Dünyanın əlləri uzanıb mənə .

Damlasın gizlədi, yarpağın payız,
Xəzan süpürürkən yerlər nə səssiz,
Təbiət hüsnündə hakim o yalnız,
Elə leysan gəlib, səssiz, səmirsiz .

Həsrət nəzərlərin üzümü gəzdi,
Qarşında ən böyük günahkar kimi,
Buz kimi soyuq qış, rüzgarlar əsdi,
Sevgi çökmüş gözün bir bahar kimi !
~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий