23.1.13


Şairə Xatirə Rzayeva
~~~~~~~~~~~~~
VÜSAL,
~~~~~
İkiyə bölündü ay bilə - bilə,
Aradı göyləri, qara buludu,
Dəli olmuşmu ki,gizlənir elə ?
Narın yağış gözün islatdı, yudu.

Azad olan deyil,ay nə buluddan,
Axşamın bağrını dəldi qaranlıq,
Baş açmaz fələk də, heç bu oyundan,
Yalnız sənə bağlı, hər şey bir anlıq .

Nə Allah götürməz zülmünü sənin,
Nə şərin şər vaxtı,nə sübhün sənin,
Dözülməz bu halə gəldin, nə gəldin,
Hər nə baş verirsə,o sənin, mənim.

Eşq bahar deyil ki, gələndə gəlsin,
İntizar içində göz kölgələnsin,
Dünya külə dönür, əriyir bir an,
Əmr et, o göydəki ay yerə gəlsin.

Qapadım gözümü əllərimlə mən,
Heybətli gözündən çəkinirəm mən,
Ayın vüsalıyla,qovuşdu aləm,
Şəfəq gözlərinə baş əyirəm mən !
~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий