24.1.13


    Şairə Rzayeva X.
~~~~~~~~~~
Səni sevirəm

Deyildi, günəşdən qorxan deyildi,
Saraldı, durmadan, sarı xəzəllər,
Payızın gözündə həsrət var idi,
Kül oldu, qaraldı, yandı xəzəllər.

Bir ağac, skamya, həyat burdamı?
Dövrəsin əhatə etdi xəzəllər,
İki ürək şəkli payızdandımı?
Sevgi təranəsi düzdü xəzəllər.

Qırmızı rəng aldı, qovdu, küləklər,
Günəşin yerini güddü xəzəllər,
Nə zaman qopmuş ki, qopan o yarpaq ?
Dizini qoymuşdu, yerə xəzəllər.

Dalgali dənizdi, coşdu xəzəllər,
Dünyanı çənginə aldı xəzəllər,
Xəzan gözümdəykən, susdu təbiət,
Başıma hey yağdı, yağdı xəzəllər .

Həsrəti gözümün içində gördü,
Səssiz bir hayqırtı etdi xəzəllər,
Eşqin məni dəli, divanə etdi,
Uçdumu, qaçdımı, yoxdu xəzəllər ? !

Bir payız gətirdim, bu axşam sənə,
Könlünü oxşadı, aldı xəzəllər,
,, Mən səni sevirəm,. bağırdım, elə,
Sarmaşdı, dolaşdı, sardı xəzəllər !...
~~~~~~~~~~~~~~~~~~~~~`



           

Комментариев нет:

Отправить комментарий