12.2.13


 

Talehdə nə varsa .
~~~~~~~~~~~~~

Bir insan izi var, sahil nə gözəl,
Yoxmu ki, dənizin başqa bir işi ?
Bu dəli həvəsdə həyatmı gözəl,
Yox, bütün hər nə var, o könül işi.

Dağları dağlara qatdı, günəş də,
Səhərin göz yaşı fələk əlində,
Buludlu göylərdə yatdı, külək də,
Sətir - sətir yazım sənin əlində.

İlahi hikməti, yazan yazır hey,
Necə diz çökmüşdü, ömür bu günə,
Şam sübhə davamlı, yanır, yanır hey,
Gözün kölgə etdi, gözüm önünə.

Budur, yenə yolum üstündə sənsən,
Ağlar içində sən, üzə gülənsən,
Hər yerə döndüm də, hər yerə baxdım,
Göydə də, yerdə də məni görənsən.

Yenə sevda əlin uzatdın mənə,
Od yaxılmış gözün dəyir üzümə,
Nə dərdi - sərim var, burda unutdum,
Talehdə nə varsa, gəlmiş izinə !
~~~~~~~~~~~~~~~~~~~~~~~

9.2.13


~ * ~ * ~ * ~ * ~ * ~ * ~ * ~
Ürəyimə işarə

İndi keçdi bir xəyal ,
Gözlərindən gözümə ,
Səni sevirəmmi mən ? ...
Dedim özüm - özümə .

Ayı sevirəm , gülüm ,
Yuxuları əks edir ,
Həyatın axar gözü ,
Mənə səni göstərir .

Ya külək olsun soyuq ,
Yağışları yağdırıb ,
Ya günəşin istisi ,
Ürəyimi yandırıb .

Gözəlliyin bir aləm ,
Məhəbbətdən danış sən ,
Üzünə kölgə salan ,
Baxışımla barış sən .

Bax titrəyən əlimə ,
Ürəyimə işarə ,
Sevgi gizli deyildir ,
İşıq salıb ömrümə .

~ * ~ * ~ * ~ * ~ * ~"
Aşiqəm sevgiyə .

Fələyin qəsdi bu , ürəkdən vurur , 
Min əzab - əziyyət köksümə vurur , 
Ya həyat , ya ölüm , bundan ibarət , 
Dağılan dünyamı , yenidən qurur .

Allahın altında bir günahım var , 
Ümidlə açılan bir sabahım var , 
Yaşasam nə olur , yaşamasam nə ?
Anidən bir höküm , bir yazımmı var ?

Kefliyəm , nəşəli , mənmi sərxoşam , 
Elədir , bəlkə də xeyli bihuşam , 
Yox canım , aşiq nə , Leyli - Məcnun nə ? 
Bu taleh oyunu , xeyli xub - xoşam .

Qaralan bir axşam sükut eyləyir , 
Sübhün gözlərində bir nəm çilənir , 
İlıq yaz ətriylə gül nəfəs çəkir , 
Könlümdə min aləm , nəğmə dinlənir .

Aşiqəm günəşə aya , ulduza , 
Aşiqəm , sevdalı baxan bir qıza , 
Aşiqəm sevgiyə , sevirəm daha , 
Aşiqəm ,qızılı xəzan - payıza . 

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

( bu şeri F. A .ya həsr etmişəm )

2.2.13



           Əvvəl - axır
          ~~~~~~~~~
Yağışın ucunda göy hərarəti,
Qələmim ucunda şam hərarəti,
Həyat şərab isə, taleh bəs nədir ?
Axan sel ucunda eşq hərarəti.

Titrər göyün üzü kitab kimiydi,
Yağışlı bu günlər hikmət kimiydi,
Axşamın çiynində yazı var aman,
İlahi təbəssüm, səhər kimiydi.

Yenə açılmayan bir sirr açır gün,
Açıq səma ilə qovuşmuşdu gün,
Gizli ayın yerin bilən varmı ki ?
Səmtinlə nə yaman tutuşmuşdu gün.

Nur üstə nur saçdı, göylər də bir an,
Çəkdi qızıl suyun yazı o zaman.
Ürəyin hikməti dünyanı aldı, 
Atəşlər içində şam kimi yanan.

Dəli bir axşamın könlündə sənsən,
Yuxulu gözlərlə, odamı sənsən ?
Bir taleh kitabı yazdı da sevgi,
Hər sözü, əvvəli, axırı sənsən !...
~~~~~~~~~~~~~~~~~~~~~